Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2021 12:30

"Azərbaycan Ordusu" qəzeti № 46 (2554)

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, "dəyirmi masa"lar, viktorinalar, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub...davamı



Azərbaycan Ordusunda atletika və gimnastika üzrə yarışlar keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda atletika və gimnastika üzrə birincilik yarışları keçirildi.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin idman arenasında keçirilən yarışların açılış mərasimində ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himnimiz səsləndirildi. Sonra Vətən müharibəsi zamanı kiçik leytenant hərbi rütbəsi alaraq cəbhəyə yollanan, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin beş kursantının xatirəsi ehtiramla yad edildi və onların keçdiyi döyüş yolu haqqında iştirakçılara geniş məlumat verildi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı