Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2021 10:10

"Azərbaycan Ordusu" qəzeti № 21 (2529)

“Qələbəyə təşnəlik Azərbaycan əsgərinin ruhundadı...”

Müharibə kəlməsi eşidənin ürəyini titrədir. İllərdi Azərbaycan müharibə olmasın deyə torpaqlarımızın işğaldan sülh yolu ilə azad edilməsi üçün danışıqlar aparırdı. ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ya həll edə bilmədi, ya da həll etmək istəmədi. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu düşmənin müxtəlif istiqamətlərdən hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı...davamı




Şəhidlərimiz ən ali qürur mənbəyimizdir

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik  də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə  ucalmaq nəsib olmur...davamı



“İşimizə məsuliyyətlə yanaşırıq...”

Hərbi hissədə əsgər yataqxanalarında gördüyümüz səliqə-sahman, döşək üzlərinin və dəsmalların təmizliyi diqqətimizdən yayınmadı. Belə təmizlik görənə də, bu təmizlik içində yaşayana da xüsusi zövq verir. Zabit və əsgərlərdən öyrəndik ki, döşək üzləri, dəsmallar və hərbi qulluqçuların məişəti üçün zəruri olan əşyalar hərbi hissənin camaşırxanasında yuyulur. Burada çalışanlar zabit və əsgərlərimizə böyük diqqət göstərirlər. Şəxsi heyətə rahatlıq və təmizlik bəxş edən kollektivlə görüşmək üçün camaşırxanaya üz tutduq...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı