Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2023 10:29

Zirehli texnika ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, zirehli transportyorların (ZTR) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib.
Ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə ZTR ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər.
Müxtəlif maneələrin dəf edilməsi ilə döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikadan atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasıdır.