Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2012 09:00

«Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb

 

Aprelin 25-də Bakıda Azərbaycan-ABŞ iş planına əsasən «Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb. İki gün davam edən seminarı giriş nitqi ilə Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və Marşal Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini səfir Canet Qarmey açmışlar.
Seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri haqda müzakirələr aparılır. Azərbaycan, Almaniya, Böyük Britaniya, Litva, Rumıniya, Bolqarıstan dövlətlərinin, ATƏT və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin deputatları seminarda çıxışlar edərək mövzu barədə ətraflı fikir mübadiləsi aparıblar.