Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Goranboy


Rayonun Tapqaraqoyunlu və Zeyvə kəndləri ermənilər yaşayan Talış və Manas kəndlərindən toplardan, avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Sarısu kəndi “Qrad” tipli raketlərdən atəşə tutulmuşdur. Dağıntı var.


Qazax


Bu gün səhər saat 10-dan rayonun Qızıl-Haçalı və Aşağı Əskipara kəndləri tanklardan, zirehli transportiyorlardan və pulemyotlardan atəşə tutulmuşdur. Gün ərzində davam etmiş atışma zamanı bizim döyüşçülərdən bir nəfər yaralanmışdır.


Bir kiçik elanda nəzərinizə çatdırmaq istəyirik. Laçın rayonunun Minkənd sovetliyinə daxil olan kəndlər ermənilərdən azaddır.
Ümid edirik ki, bu kəndlərin kişiləri doğma torpağa qayıdacaq, atıb getdikləri ev-eşiklərini düşmən tapdağından qoruyacaqlar.