Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni işğalçıları hətta 1992-ci ilin son günündə və yeni 1993-cü ilə keçən gecə ərzində öz murdar əməllərindən əl çəkməyiblər. Düşmən respublikamızın şimal-qərb sərhədlərindəki məntəqələrimizi atəşə tutub. Dünən axşam Tovuz rayonunun Əlibəyli kəndi avtomat və pulemyotlardan, Hacıalı kəndi isə Ermənistan ərazisindən minaatanlardan və tanklardan atəşə məruz qalıb. Eyni zamanda Gədəbəy rayonunun əhalisi əsasən ruslardan ibarət olan Saratovka və İvanovka kəndləri “QRAD” qurğularından və toplardan atəşə tutulub. Artilleriyaçılarımız cavab atəşilə düşmənin atəş nöqtələrini susdurublar.
Dünən axşam Qazax və Ağstafa rayonlarının Ermənistanla sərhədində döyüşlər gedib. 5 saat davam edən döyüş nəticəsində düşmən geri oturdulub.