Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan SQ-nin respublikanın şimal-qərbində bir sıra yüksəklikləri ələ keçirməsi düşməni son dərəcə hiddətləndirib. Son günlər erməni ordusu bu yüksəklikləri geri qaytarmaq üçün dəfələrlə cəhd göstəriblər. Dünən günortadan sonra düşmən yenə də bu istiqamətdə hücuma keçib. Döyüşçülərimiz ermənilərin 1 PDM-ni sıradan çıxarmış və onları geri dönməyə məcbur etmişdir. Bu gün səhər ermənilərin daha bir hücum cəhdinin qarşısı alınıb. Bu cəhdlərinin boşa çıxdığını görən düşmən Tovuz şəhərini və Ağdam, Əlibəyli, Hacalı kəndlərini “Qrad” qurğularından və toplardan atəşə tutmağa başlayıblar.
Ordumuzun Laçın rayonunun cənubunda yerləşən bölmələri Yuxarı Fərəcan kəndini azad edərək orada möhkəmləniblər. Bu istiqamətdə döyüşçülərimiz müvəffəqiyyətli döyüş əməliyyatlarını davam etdirirlər.
Dünən axşam Cəbrayıl istiqamətindəki Sirik gözətçi məntəqəsi ermənilər tərəfindən atəşə tutulub.