Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 12-dən bu günədək  Ağdərə bölgəsində döyüşlər ara verməyib. Ayın 12-də Maqavuz və Möhrətaq kəndlərinə nəzarəti bərpa edən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itirilmiş mövqeləri geri qaytarmaq uğrunda gərgin döyüşləri davam etdirirlər. Bu gün Ağdərədən alınan məlumata görə əməliyyat şəraitində əsaslı dəyişiklik olmayıb.
Martın 12-dən 15-dək olan dövrdə Qazaxın Şıxlı, Ağstafanın Köhnəqışlaq, Tovuzun Haçallı, Ağdam, Əlibəyli, kəndləri və Gədəbəy rayonunun sərhədindəki mövqelərimiz Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Cəbhə xəttinin qalan sahələrində nisbi sakitlikdir.