Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə ərzində Ağdərə bölgəsində döyüşlər ara verməsə də, əməliyyat şəraitində nəzər çarpacaq dəyişiklik olmayıb.
Martın 11-də günün ikinci yarısından başlayaraq Füzuli cəbhəsindəki mövqelərimiz Qarabağın işğal olunmuş məntəqələrindən tank, top və “Qrad” qurğularından atəşə tutulub. Topçularımızın cavab atəşindən sonra erməni tərəfi susmağa məcbur olub.
Qarabağdan kənarda, Respublikamızın şimal-qərb sərhədlərində aktiv döyüş əməliyyatları olmasa da, artilleriya atəşləri davam edib. Martın 11-də saat 15-dən Qazax rayonunun ərazisi, saat 16-dan isə Gədəbəyin sərhəd məntəqələri və ruslar əhalili Novoivanovka kəndi Ermənistan istiqamətindən top atəşinə tutulub. Novoivanovka kəndində 1 ev dağılıb, 1 nəfər kənd sakini yaralanıb.
Digər münaqişə bölgələrində gecə nisbətən sakit keçib.