Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 5-nə keçən gecə Füzuli ərazisində Qızılqaya yüksəkliyindəki mövqelərimiz, Yuxarı Veysəlli  istiqamətindən, Tovuz rayonunun Ağdam və Ağbulaq kəndləri isə Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.   
Martın 5-də saat 12 radələrində Gədəbəy rayonunun sərhəd gözətçi məntəqələri Ermənistanın Krasnoselsk rayonu ərazisindən minaatanlardan və pulemyotlardan ara-sıra atəşə tutulub. Zərərçəkən olmayıb.
Digər cəbhə bölgələrində gün ərzində sakitlik olub.