Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 4-nə keçən gecə və gündüz Ağdərə bölgəsində döyüşlər qısa fasilələrlə davam etsə də, əməliyyat şəraitində nəzərə çarpacaq dəyişiklik olmayıb.
Martın 4-də gecə saat 2 radələrində erməni birləşmələri Qaraçuq dağı istiqamətindən Xocavənd rayonu ərazisindəki mövqelərimizə hücuma keçiblər. Milli Ordumuzun əsgərləri səhər saat 7-yə yaxın hücumu dəf edib, düşməni geri çəkilməyə məcbur ediblər.
Bu gün saat 13:45-dən 18-dək Tovuz rayonunun Əsrik və Koxa-Nəbi kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Digər cəbhə bölgələrində nisbi sakitlikdir.