"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

31 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 30-da saat 10.50-dən 11.00-dək, 11.10-dan 11.30-dək və 23.40-dan 23.50-dək Ağdam rayonunun Şuraabad, Baş Qərvənd və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən;- yanvarın 31-də saat 00.20-dən 00.25-dək və 06.35-dən 06.40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 04.00-dan 04.20-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

30 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 30-da saat 14.40-dan 15.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

28 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-də saat 20.35-dən 20.45-dək və 21.00-dan 21.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi;- saat 15.45-dən 15.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 16.10-dan 16.20-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20.55-dən 21.05-dək, 23.30-dan 23.40-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 16.15-dən 16.35-dək, 16.45-dən 17.05-dək və yanvarın 28-də saat 03.30-dan 03.45-dək Tərtər rayonunun Göyarx, Nəmirli və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

27 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 26-da saat 07.00-dan 07.10-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 16.20-dən 16.40-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16.50-dən 16.55-dək, 18.25-dən 18.35-dək, yanvarın 27-də 00.20-dən 00.25-dək, 05.20-dən 05.23-dək və 05.40-dan 05.50-dək Ağdam rayonunun Baş Qərvənd, Şıxlar və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- yanvarın 26-da saat 21.35-dən 22.15-dək və yanvarın 27-də 05.17-dən 05.27-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

26 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 25-də saat 11.25-dən 11.30-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22.15-dən 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

25 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 24-də saat 20.30-dan 20.45-dək və 23.30-dan 23.35-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- yanvarın 25-də saat 04.45-dən 05.00-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

25 Yanvar 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 26-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qızıloba kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

24 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 23-də saat 18.25-dən 18.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 21.05-dən 21.15-dək, yanvarın 24-də 00.40-dan 00.50-dək və 04.00-dan 04.10-dək Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 01.30-dan 01.50-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

23 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 22-də saat 16.50-dən 17.00-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 16.30-dan 16.35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16.40-dan 16.45-dək və 22.15-dən 22.20-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 20.45-dən 20.55-dək, 23.45-dən 23.55-dək Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- yanvarın 23-də saat 06.20-dən 06.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

21 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 20-də saat 16.30-dan 16.50-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- yanvarın 21-də saat 05.00-dan 05.15-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.