Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

23 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 22-də saat 16.50-dən 17.00-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 16.30-dan 16.35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16.40-dan 16.45-dək və 22.15-dən 22.20-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 20.45-dən 20.55-dək, 23.45-dən 23.55-dək Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- yanvarın 23-də saat 06.20-dən 06.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.