"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

28 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-də saat 20.35-dən 20.45-dək və 21.00-dan 21.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi;
- saat 15.45-dən 15.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16.10-dan 16.20-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20.55-dən 21.05-dək, 23.30-dan 23.40-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 16.15-dən 16.35-dək, 16.45-dən 17.05-dək və yanvarın 28-də saat 03.30-dan 03.45-dək Tərtər rayonunun Göyarx, Nəmirli və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.