Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2017 15:30

Pakistan nümayəndə heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində olub

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrini ziyarət edib.
Əvvəlcə HDQ komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Pakistan nümayəndə heyəti HDQ-nin ərazisi, təminat bazası ilə tanış olduqdan sonra brifinq təqdim olunub.