Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2012 09:00

Müdafiə nazirinin Bolqarıstan Respublikasına rəsmi səfəri olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasında rəsmi səfərdə olub. Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səsləndirilib. İki günlük səfər zamanı Azərbaycanın müdafiə naziri Bolqarıstanın müdafiə naziri Anyu Anqelovla, prezident Rosen Plevneliyevlə vә baş nazir Boyko Borisovla görüşüb. Görüşlərdə Bolqarıstan-Azərbaycan hərbi əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə NATO-nun Çikaqo Sammitində Bolqarıstanın Azərbaycanın ərazi bütüövlüyünü dəstəkləməsi məsələsi xüsusi qeyd olunub.
Səfərin ikinci günü Azərbaycanın müdafiə naziri Bolqarıstanda keçirilən "Hemus-2012" sərgisinə də qatılıb.