Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2013 09:00

"İlham Əliyev və müasir ordu quruculuğu"

Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbində yazıçı Çingiz Abdullayevlə görüş keçirilib
Tanmmış yaradıcı insanlarla görüş həmişə maraqla qarşılanır, hər kəsi daxilən zənginləşdirir, bir sözlə, hər birimiz üçün yeni məlumat, yeni təəssürat deməkdir. Azərbaycanın xalq yazıçısı, dünyaca məşhur Çingiz Abdullayev də belə ziyalılardandır və onunla ünsiyyətdə olmaq yazıçının çoxsaylı pərəstişkarları üçün həmişə arzulanıb və həvəslə qarşılanıb.
Dünyanm bir çox dillərinə tərcümə edilmiş və çoxsaylı oxucu marağı qazanmış əsərlərində unudulmaz və parlaq qəhrəman obrazları yaratmış azərbaycanlı detektiv ustasının hərbçilər arasında da oxucuları az deyil. Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbində keçirilən görüş bunu bir daha sübut edir. Ünlü nasirlə ünsiyyətdə olmaq üçün xeyli zabit, müəllim və kursantlar ali hərbi təhsil ocağının geniş zalına toplaşmışdı.
Öncə onu qeyd edim ki, yazıçını Heydər Əliyev adına AAHM-in həyətində Müdafıə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu və məktəb rəisi polkovnik Mirzəli Yusifov hörmətlə qarşıladılar. Yazıçı hər şeydən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə təzə-tər çiçəklər qoydu. Tanınmış ədibin özünü də tədris korpuslarından birinin qarşısında xanımlar gül-çiçəklə qarşıladılar.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qədəm qoyan hər kəs bu hərbi təhsil ocağında son illərdə baş vermiş dəyişikliklərə heyran olur. İxtisasca hüquqşünas olan və hərbi xidmətin nə demək olduğunu yaxşı bilən yazıçı Çingiz Abdullayev də burada gördüklərindən heyrətini gizlətmədi. Nasir məktəbin müasir dünya standartları səviyyəsində təchiz edilmiş siniflərini, trenajor zallarını gəzdi, burada kursantların elm və müasir texnologiyaların imkanından yararlanmaqla, modern avadanlıqlardan istifadə etməklə hərbi biliklərə və peşə vərdişlərinə yiyələndiyinin şahidi oldu, kursantların təhsili üçün yaradılmış şəraitdən məmnunluğunu bildirdi.
Məktəbin müasir üslubda tikilmiş gözəl zalında pərəstişkarları yazıçı Çingiz Abdullayevi ayaq üstündə qarşıladılar. Maraqlı görüşü giriş sözü ilə zabit Aydm Eyyubov açdı. Hərbçilərlə görüşə gəldiyinə görə dünya şöhrətli Azərbaycan yazıçısına məktəb rəhbərliyi adından təşəkkürünü bildirdi. Görüşün "İlham Əliyev və müasir ordu quruculuğu" mövzusuna həsr edildiyini, ölkəmizdə ordu quruculuğu barədə fıkir mübadiləsi ediləcəyini söyləyən zabit eyni zamanda sevimli yazıçının yaradıcılığı ətrafında da söhbət aparılacağını bildirdi. Zabit Eyyubov həmçinin qeyd etdi: "Məktəbdə yaranmış ənənəyə əsasən, hər bir tədbirdə əvvəlcə xalqımızm ümummilli lideri Heydər Əliyev yad edilir. Çünki Azərbaycan Ordusu məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin, sərkərdənin yetirməsidir, yorulmaz öndərin uzaqgörən siyasəti sayəsində formalaşıb, möhkəmlənibdir.
Bu gün aparılan ordu quruculuğu dövlət proqramı ilə davam etdirildiyindən müasir tələblərə cavab verir və Silahlı Qüvvələrimiz ölkə rəhbərliyi tərəfindən hərtərəfli qayğı və diqqətlə əhatə olunub. Biz hərbçilər Heydər Əliyevin ideyalarına sadiqliklə onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasınm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırıq".
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabiti mayor Faiq Şahverdiyev mövzu ilə bağlı çıxışında son illər ölkəmizdə iqtisadi, ordu quruculuğu sahəsində baş vermiş yüksəliş barədə danışdı, qısa zaman kəsiyində Silahlı Qüvvələrimizin maddi-texniki bazasının yeniləndiyini, Cənubi Qafqazın ən güclü ordusuna çevrildiyini söylədi. Vətən oğullarının bu gün müxtəlif qoşun növlərində xidmət edərək döyüş hazırlığını artırmaqla məşğul olduğunu bildirən zabit eyni zamanda onların Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı birləşmələrilə təmas şəraitində döyüş növbəsi apardığını, müstəqil dövlətimizin və dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayandıqlarını vurğuladı.
Heydər Əliyev adına AAHM-in kursantı Cəlal Hüseynov və başqaları ordu quruculuğuna dövlət qayğısından, son illərdə məktəbdə baş vermiş dəyişikliklərdən danışdılar.
Sonra çıxış üçün söz dünya şöhrətli detektiv ustası, Azərbaycanm xalq yazıçısı Çingiz Abdullayevə verildi. Həmişə oxucularla görüşə məmnuniyyətlə getdiyini söyləyən nasir Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbinə gəlməyi özünə borc bildiyini söylədi. Oxumağın hamı, o cümlədən hərbçilər üçün zəruriliyini deyən ədib nümunə üçün ərəb-İsrail müharibəsinin nəticələrindən danışdı, qat-qat   böyük qüvvəyə malik ərəblərin savaşda acınacaqlı məğlubiyyətlərinin səbəbini ilk növbədə İsrail hərbçilərindən intellektual, savad və bacarıq baxımından geridə qalmalarında gördü.
Qarabağ müharibəsində uğursuzluqlarımıza toxunan Çingiz Abdullayev onları doğuran səbəblər barədə öz düşüncələrini söylədi.
Üç min illik bəşər tarixinə toxunan qonaq bildirdi ki, indiyədək tarixdə atalardan sonra hakimiyyətə gələn övladlar onların qurduqlarını əsasən dağıtmaqla məşğul olublar. Ancaq Heydər Əliyev kimi böyük liderdən sonra Prezident İlham Əliyev atasının gördüyü işləri uğurla davam etdirdi. Ölkəmizdə son illərdə baş vemiş inkişaf, ordu quruculuğunda əldə edilmiş nailiyyətlər bunlara əyani sübutdur.
Yazıçı məktəbdə gördüyü yeniliklərdən məmnun qaldığını dilə gətirdi və Prezident İlham Əliyevin ordu quruculuğuna nə qədər böyük diqqət yetirdiyinin şahidi olduğunu bildirdi.
Azərbaycanın iqtisadiyyatının, siyasətinin, bir sözlə, gələcəyinin gənclərdən, o cümlədən hərbçilərdən asılı olduğunu dilə gətirən yazıçı zalda toplaşmış zabit və kursantlara üzünü tutub bu məsuliyyəti yetərincə dərk etməyi tövsiyə etdi.
Ordu quruculuğu prosesində vaxtilə nöqsanlar olsa da, nasirin sözlərinə görə, bu gün çox şey dəyişib. Əgər vaxtilə nazirlər, məmurlar, deputatlar müxtəlif yollarla uşaqlarını hərbi xidmətdən yayındırırdılarsa, bu gün bunun əksi müşahidə olunur. İndi onlar istəyirlər ki, övladları gedib orduda xidmət etsinlər, zabit olsunlar. Bu, yaxşı tendensiyadır, ordu quruculuğu sahəsində aparılan çoxsahəli işlərin nəticəsi kimi ortaya çıxır.
Öz yaradıcılığından danışan xalq yazıçısı Qarabağ mövzusunun onun üçün də həssas mövzu olduğunu bildirdi. Təxminən 20 kitabında Qarabağ məsələsinə toxunduğunu söylədi. Eyni zamanda bu mövzuda daha sanballı əsərlərin gələcəkdə yazılacağına ümid etdiyini dedi. Bununla belə nasir publisistikada bu baxımdan ciddi boşluqların olduğunu dilə gətirdi, jurnalistlər tərəfindən Qarabağ mövzusuna tez-tez qayıtmağın zəruriliyini vurğuladı: "Xocalı barədə çox yazılsa, ermənilərin vəhşilikləri, şəhidlər xatırlansa da, orada vuruşaraq qəhrəmancasına həlak olmuş hərbçilər barədə heç kim nədənsə yazmır. Nəyə görə Azərbaycanda əksəriyyət onları tanımır? Nəyə görə biz onları təbliğ eləmirik? Şuşa işğal ediləndə 20-dək zabit orada igidliklə vuruşaraq, həlak olub. Nəyə görə televiziyada onların barəsində verilişlər hazırlanmır?"
Görüşün sonunda xalq yazıçısı diqqətli oxucuların yaradıcılığı ilə bağlı ona verdiyi suallara aydınlıq gətirdi, öz maraqlı fikirlərini bölüşdü. Eyni zamanda Çingiz Abdullayev oxucuların təqdim etdiyi və özünün müəllifi olduğu kitablara avtoqraf və ürək sözlərini yazdı.
Müdafıə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu və Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbinin rəisi polkovnik Mirzəli Yusifov hərbçilərin görüşünə gəldiyinə, olduqca maraqlı və məzmunlu söhbətinə görə xalq yazıçısı Çingiz Abdullayevə öz minnətdarlıqlarını bildirdilər və ona cansağlığı, yaradıcılıq uğurları arzuladılar.