Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2012 09:00

İlham Əliyev Bakıda Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak etmişdir


Prezident İlham Əliyev Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak etmişdir.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlət başçısı yeni yaşayış kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev yaşayış kompleksində yaradılan şəraitlə yaxından tanış oldu.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dövlətimizin başçısına məlumat verərək bildirdi ki, 9 mərtəbəli iki binadan ibarət yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılmışdır. Ümumi yaşayış sahəsi 30 min kvadratmetrə yaxın olan birinci binadakı mənzillərin 184-ü üç, 20-si bir otaqlıdır. İkinci binanın mənzillərinin ümumi yaşayış sahəsi isə təqribən 18 min kvadratmetrdir. Bu binadakı mənzillərin 105-i üç, 3-ü isə iki otaqdan ibarətdir. Mənzillərin davamlı olaraq isti su ilə təmin olunması üçün müasir istilik sistemi yaradılmışdır. Yaşayış kompleksini elektrik enerjisi və su ilə təchiz etmək üçün iki yarımstansiya və digər lazımi avadanlıq quraşdırılmışdır. Kompleksin ərazisində abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.
Mənzillərdə yaradılan şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev yeni binaların sakinlərini təbrik etdi.