Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2014 09:00

Gürcüstan Prezidenti Müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 29-da günün ikinci yarısında Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Gürcüstanın prezidenti cənab Giorgi Marqvelaşvili qəbul edib.
Görüşdən sonra Azərbaycanın Müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində olub, "Delta" Elmi Hərbi-Texniki Mərkəzində istehsal edilən hərbi texnika və avadanlığa baxıb, Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı hərbçilərin bir qrupu ilə görüşüb.