Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2017 13:10

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi ön xətdə əsgərlərlə görüş keçirib

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi Qurban bayramı münasibətilə ön xətdə  yerləşən hərbi hissələrdə və döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın,  hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb və  hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Əsgərlər mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan vətəndaşlarına və dünyanın müxtəlif yerlərində yaşayan bütün soydaşlarımıza, eyni zamanda ordumuza və öz ailə üzvlərinə təbrik ünvanlayıblar.
Sonra musiqi dəqiqələri ilə davam edən görüşlərdə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsinin üzvləri Cavid Məmmədov və Arif Səfərovun vətənpərvərlik ruhunda səsləndirdikləri ifalar əsgərlər və zabitlər tərəfindən alqışlarla qarşılanıb.