Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2017 11:16

“Dəniz kuboku - 2017” müsabiqəsində dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriləcək

Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.
Müsabiqənin bu epizodunda Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.
Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.