Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2015 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə gülüş ustası Fərda Xudaverdiyevlə görüş keçirilib

Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseyin klubunda kursantlarla tanınmış gülüş ustası Fərda Xudaverdiyevin görüşü keçirilib. Fərda Xudaverdiyev dəvət üçün Lisey rəhbərliyinə minnətdarlığını bildirərək, vətənpərvər kursantlar qarşısında çıxış etməyin onun üçün şərəf olduğunu vurğulayıb. Daha sonra F.Xudaverdiyev xoş istirahət bəxş edən yumoristik monoloqlarla çıxış edib.
Tədbirin sonunda polkovnik-leytenant Mehman Cəbiyev Hərbi Lisey rəisi adından kursantların asudə vaxtlarının səmərəli təşkilində göstərdiyi xidmətlərə görə Fərda Xudaverdiyevə Fəxri Fərman təqdim edib.