Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 May 2016 09:00

Azərbaycanın Müdafiə naziri İspaniya Kralı ilə görüşüb

Mayın 28-i İspaniyada Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə təşkil olunmuş təntənəli paradı İspaniya Kralı VI Felipe, Müdafiə naziri Pedro Morenes, daxili işlər naziri Xorxe Fernandes Dias və digər rəsmi şəxslərlə yanaşı, bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da izləyib.
İspaniya ordusunun müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən mərasimdən sonra Kral VI Felipe müdafiə naziri Pedro Morenezin dəvəti ilə parada qatılan general-polkovnik Zakir Həsənovla görüşüb. Görüş zamanı nazir Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin səmimi salamlarını Krala çatdırıb. Silahlı Qüvvələr Günü münasibətilə Krala təbriklərini çatdıran Müdafiə naziri İspaniyaya səfərindən məmnunluğunu ifadə edib, səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib.
Azərbaycan xalqını 28 May-Respublika Günü münasibətilə təbrik edən və ona əmin-amanlıq arzulayan Kral VI Felipe öz növbəsində onun da salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.