AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 03:30-dan 04:20-dək Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 22-də Belarus Respublikasının Brest şəhərinə yola düşmüşdür.
ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 13-də Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 3-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.