AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inspeksiya qrupu iyulun 27-dən avqustun 3-dək Türkiyə Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirir.
İyulun 24-də saat 18:20-dən saat 18:35-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun ərazisində yerləşən Saraktikaş dağındakı mövqelərindən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
ATƏT-in hazırda fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, A.Kaspşik və onun səhra köməkçiləri iyulun 21-də Madagiz yaşayış məntəqəsi sahəsində qoşunların təmas xəttində monitorinq keçirəcəklər.
Azərbaycan Respublikası ilə NATO arasında fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 13-dən 17-dək Lissabon şəhərində (Portuqaliya) NATO-nun Atlantik komandanlığı dəniz əməliyyatlarının keçirilməsi üzrə seminar keçirir.