AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il fevralın 19-dan 21-dək NATO-nun Şimali Avropa birləşmiş qüvvələrinin Stavanger şəhərindəki (Norveç Krallığı) qərargah-mənzilində “Kooperativ Bannerz” təliminin son planlaşdırılması üzrə konfrans keçiriləcək.
1997-ci il fevralın 6-dan 17-dək İtaliya Respublikası Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə çərçivəsində Polşa Respublikası Silahlı Qüvvələrinin çoxmillətli inspeksiyasını keçirir.
1997-ci il fevralın 5-dən 7-dək Brüsseldə (Belçika Krallığı) Şimali Atlantika Blokunun qərargah-mənzilində NATO-nun Verifikasiya-Əlaqələndirmə Komitəsinin seminarı keçiriləcək.
1997-ci il fevralın 4-dən 6-dək Türkiyənin İzmir şəhərində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Şimali Atlantika Bloku üzvlərinin və proqrama daxil olan ölkələrin iştirakı ilə “Kooperativ Demand” komanda-qərargah təliminin planlaşdırılması üzrə ilk konfrans keçiriləcək.