Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2026 09:26

Yeni tədris ili - vahid hədəf, vahid məqsəd - güclü ordu

Xalqımızı müqəddəs zəfərlər ilə sevindirən, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı ordumuz son illərdə qazandığı misilsiz qələbələrlə şəxsi heyətinin gücünü, peşəkarlığını və vətənpərvərliyini dünyaya nümunə olaraq sərgilədi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə olunan tarixi qələbələrdən sonra Azərbaycan Ordusu öz inkişafının keyfiyyətcə tamamilə yeni, dinamik və müasir tələblərə cavab verən mərhələsinə qədəm qoydu. Bu gün də ordumuzun müasir dövrünün döyüşaparma və özünümüdafiə üsul və vasitələrini mənimsəməsi üçün təxirəsalınmaz işlər görülür. 
Görülən fəaliyyətlərin ən mühüm mərhələsi isə yeni tədris ilinin başlanması hesab olunur. Bu prosesin başlanması sadəcə təqvim dəyişikliyi deyil, yeni nailiyyətlərin, yüksək döyüş hazırlığının və ordu quruculuğunda planlaşdırılan hədəflərin reallaşdırılması üçün vacib bir start nöqtəsidir. Azərbaycan Ordusunda yeni tədris ilinin başlanması hərbi qulluqçuların nəzəri bilik və praktiki bacarıqlarının dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, döyüş hazırlığının daha da yüksəldilməsi və qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi baxımından fundamental mərhələdir. Hər il keçirilən təlim-tədris prosesinin əsas məqsədi şəxsi heyətin nəzəri hazırlığını praktiki vərdişlərlə möhkəmləndirmək, bölmələrin idarə olunmasında çevikliyi artırmaq və istənilən şəraitdə qarşıya qoyulan vəzifələrin icrasına hazır olmaqdır.
Yeni tədris ilinin başlanması ənənəvi olaraq hərbi hissələrdə öz mötəbərliyi ilə seçilir. Plana əsasən, şəxsi heyətin tam tərkibdə sıra meydanında düzülməsi, döyüş bayrağının təntənəli şəkildə sıra meydanına gətirilməsi, hərbi orkestr tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi bu fəaliyyətlər planının əhəmiyyətini və vacibliyini ön plana çıxaran göstəricilərdəndir. Şəxsi heyətə qarşıda duran vəzifələrin, tapşırıqların çatdırılması ilə başlanan yeni tədris ili fəaliyyətləri şəxsi heyət üçün tədris prosesinin başlanğıcını və davamını ifadə edən mühüm mərasimlərdəndir. Sadalananlarla yanaşı, ssenariyə əsasən, hərbi qulluqçulara sıra baxışları keçirilir, təminat və təchizat vasitələri, o cümlədən maddi-tədris bazası, döyüş texnikası, silah və avadanlıqların varlığı, sazlığı və vəziyyəti yoxlanılır. Bu tədbirlər tədris prosesinin sistemli, intensiv və planlı şəkildə təşkilinə zəmin yaradır. Hərbi qulluqçuların hazırlığı ilə yanaşı, hərbi texnikanın, silah və avadanlıqların, təlim bazalarının, tədris vəsaitlərinin və digər təminat elementlərinin vəziyyətinin yoxlanılması bütöv sistemin hazırlığının qiymətləndirilməsinə imkan verir. 

Şəxsi heyətin peşəkarlığının artırılması, bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və modern hərbi texnikanın mənimsənilməsi baxımından tədris ilinin hər bir mərhələsi müstəsna əhəmiyyət kəsb edir. Burada zəncirvarilik prinsipi ön plana çıxır ki, hər bir mərhələ bir-birini bağlayır və tamamlayır. Bir sözlə, yeni tədris ilinin fəaliyyətlər planı Azərbaycan Ordusunun bütün qoşun növlərində, hərbi hissə və birləşmələrində böyük ruh yüksəkliyi, hərbi intizam və yüksək məsuliyyət ilə yerinə yetirilir.
Müasir ordu üçün yüksək döyüş hazırlığı yalnız silah və texnikanın mövcudluğu ilə ölçülmür. Əsas məsələ həmin imkanlardan düzgün və səmərəli istifadə edə bilən, çevik qərar qəbul edən, kollektiv fəaliyyətə uyğunlaşan, qarşılıqlı uzlaşmanı bacaran və qarşıya qoyulan tapşırığı dəqiq yerinə yetirən şəxsi heyətin formalaşdırılmasıdır. Müasir texnologiyalar ordunun imkanlarını genişləndirsə də, hərbi texnika və döyüş vasitələrinin mərkəzində yenə də insan amili dayanır. Yəni, ən aparıcı və modern döyüş vasitəsini də insan idarə edir. Bunun üçün də müasir texnikanın səmərəli istifadəsi və təxirəsalınmaz tətbiqi onu idarə edən hərbi qulluqçunun fərdi və ya kollektiv hazırlığından, qərar qəbuletmə qabiliyyətindən, bir sözlə, peşəkarlığından asılıdır. Döyüş meydanında uğurun əsas şərtlərindən biri müxtəlif bölmələrin vahid məqsəd ətrafında əlaqəli fəaliyyət göstərməsidir. Buna görə yeni tədris ilində komandirlərin çevik qərarvermə qabiliyyətinin inkişaf etdirilməsi, bölmələr arasında uzlaşmanın və qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Hərbi qulluqçunun mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi, xidmətə məsuliyyətli münasibəti və kollektiv qarşısında öhdəliklərini dərk etməsi də onun uğurlarına müsbət təsir edən mühüm amillərdəndir. Bunun üçün şəxsi heyət ilə təsdiq olunmuş günün nizam qaydalarına əsasən müxtəlif məşğələlər, məlumatverici və öyrədici fəaliyyətlər icra olunur. Azərbaycan Ordusunda tədris prosesinin əsas istiqamətlərindən biri məhz hərbi qulluqçuların peşəkarlığının və vətənpərvərliyinin artırılmasıdır. Sadalanan fəaliyyət də bu işin mühüm tərkib hissəsi kimi, sistematik olaraq təşkil olunur. Azərbaycan Ordusunda təlim-tədris prosesinin mühüm istiqamətlərindən biri şəxsi heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsidir. Hərbi qulluqçunun mürəkkəb və gərgin şəraitdə soyuqqanlılığını qoruması, komandirin verdiyi tapşırığı düzgün anlaması və kollektivin digər üzvləri ilə qarşılıqlı etimad şəraitində fəaliyyət göstərməsi döyüş hazırlığının ayrılmaz hissəsi olaraq, burada ön plana çıxır. Bu baxımdan yeni tədris ili hərbi qulluqçuların yalnız peşəkar biliklərinin deyil, həm də məsuliyyət, intizam və komanda ruhunun möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.
Son illərdə dünyada hərbi əməliyyatların xarakteri əhəmiyyətli dərəcədə dəyişib. Yeni texnologiyaların, pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli vasitələrin, müasir rabitə və idarəetmə sistemlərinin geniş tətbiqi ordular qarşısında yeni tələblər qoyur. Bu reallıq təlim prosesinin də daim yenilənməsini zəruri edir.
Azərbaycan Ordusunda keçirilən təlimlərdə müasir yanaşmaların tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, döyüş əməliyyatları zamanı qazanılmış təcrübələr nəzərə alınmaqla, yeni hərbi yanaşmalar tətbiq edilir, müasir silah və texnikanın imkanlarından istifadə üzrə hərbi qulluqçuların nəzəri və praktiki hazırlığı artırılır. Yeni tədris ilində təlim və məşqlərin keyfiyyətinin artırılmasının, bölmələrin idarə edilməsində operativliyin yüksəldilməsinin və şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyi xüsusi qeyd olunur. Bu baxımdan hər bir təlim yalnız müəyyən bir hərbi normativin yerinə yetirilməsi deyil, eyni zamanda, real şəraitə mümkün qədər yaxın mühitdə düzgün qərar qəbul etmək və komanda daxilində qarşılıqlı fəaliyyəti təmin etmək bacarığının inkişaf etdirilməsi kimi qiymətləndirilə bilər. Bu yanaşma tədris prosesinin sadəcə nəzəri dərslərlə məhdudlaşmamasını təsdiq edir. Bu təcrübənin tədris proqramlarına inteqrasiyası ordunun real döyüş şəraitinə uyğun hazırlığının təmin olunması baxımından əhəmiyyətlidir. Çünki müasir hərbi hazırlığın əsas prinsiplərindən biri təlim şəraitinin mümkün qədər real vəziyyətə yaxınlaşdırılmasıdır. Təlim meydançalarında, poliqonlarda və müxtəlif vaxt, relyef və iqlim şəraitlərində keçirilən praktiki məşğələlər hərbi qulluqçuların əldə etdikləri bilikləri düzgün tətbiq etməsinə imkan yaradır. Beləliklə, nəzəri biliklə praktiki bacarıq arasında möhkəm əlaqə formalaşır.
Azərbaycan Ordusunun müasir inkişafında 44 günlük Vətən müharibəsində qazandığı təcrübə xüsusi əhəmiyyət daşıyır. Müharibə zamanı müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyət, çevik idarəetmə imkanlarından istifadə və döyüş şəraitində operativ qərar qəbuletmə ilə bağlı zəngin təcrübə əldə olunub. Sonrakı illərdə keçirilən tədris proseslərində də həmin təcrübədən istifadə olunması əsas istiqamətlərdən biri olub. Müdafiə Nazirliyinin əvvəlki illərə aid rəsmi məlumatlarında təlimlərin müxtəlif iqlim və relyef şəraitində, eləcə də gecə və gündüz saatlarında keçirilməsinin, müasir döyüş texnikası və silahların tətbiqi üzrə bacarıqların artırılmasının vacibliyi vurğulanıb. 
Bu istiqamətdə keçirilən qərargah məşqləri, taktiki təlimlər və müxtəlif səviyyəli praktiki məşğələlər komandir heyətinin peşəkarlığının artırılmasına xidmət edir. Komandir üçün yalnız qərar qəbul etmək deyil, həmin qərarı vaxtında və düzgün şəkildə tabelikdə olan bölmələrə çatdırmaq, mövcud imkanları düzgün qiymətləndirmək və dəyişən vəziyyətə uyğunlaşdırmaq da vacibdir.
Yeni tədris ilinin başlanması hərbi kollektivlər üçün yalnız tədris prosesinin yenilənməsi deyil, həm də qarşıya yeni məqsədlərin qoyulması deməkdir. Hər bir yeni tədris ili hərbi qulluqçunun bilik və bacarıqlarını təkmilləşdirmək, peşəkarlığını artırmaq və qarşıya qoyulan tapşırıqları daha yüksək səviyyədə yerinə yetirmək üçün yeni imkanlar yaradır.
Hərbi xidmət daim inkişaf və hazırlıq tələb edən xüsusi fəaliyyət sahəsidir. Burada nəzəri biliklə praktiki bacarıq bir-birini tamamlamalıdır. Müasir döyüş şəraiti hərbi qulluqçudan yalnız fiziki hazırlıq deyil, həm də çevik düşünmə, düzgün qərar qəbul etmə, texnologiyalardan səmərəli istifadə və komanda şəraitində fəaliyyət göstərmək bacarığı tələb edir. Bu baxımdan yeni hərbi tədris ilində təlimlərin real vəziyyətlərə maksimum uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır.
Tədris prosesinin əsas məqsədlərindən biri də şəxsi heyətdə məsuliyyət, intizam və qarşılıqlı etimad hissini möhkəmləndirməkdir. Çünki hərbi kollektivdə uğur yalnız ayrı-ayrı hərbi qulluqçuların hazırlığından deyil, onların vahid komanda kimi fəaliyyətindən asılıdır.
Yeni tədris ili həm də ötən dövrün nəticələrinin təhlili, mövcud çatışmazlıqların aradan qaldırılması və qarşıdakı dövr üçün daha yüksək hədəflərin müəyyənləşdirilməsi mərhələsidir. Əldə olunan hər yeni bilik, mənimsənilən hər bir bacarıq gələcək fəaliyyətin etibarlı təminatına çevrilir.
Bu mənada yeni tədris ilini sadəcə yeni təqvim mərhələsi kimi deyil, daha yüksək peşəkarlığa, daha möhkəm hazırlığa və daha böyük məsuliyyətə aparan yeni yolun başlanğıcı kimi qiymətləndirmək olar.
Yeni tədris ilində Azərbaycan Ordusunun bütün şəxsi heyətinə, zabit, gizir, çavuş və əsgərlərimizə məsuliyyətli və şərəfli xidmətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!

Fuad CƏFƏROV

 “Azərbaycan Ordusu”