AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2026-cı ilin 16 fevral tarixində Abşeron OİK-də keçirilən qadınlar və kişilər arasında "NE-WAZA üzrə ACF kuboku" cüdo yarışmasında əsgər-idmançı Murad Əliyev 66 kq çəki dərəcəsində çıxış edərək 1-ci yerə layiq görülüb.
İdmançımızı təbrik edir, uğurlarının davamını arzulayırıq.
* * *
2026-cı ilin 8-13 fevral tarixlərində Gəncə şəhərində keçirilən yeniyetmələr (U-17) arasında güləş üzrə Azərbaycan çempionatı başa çatıb. Gərgin və maraqlı keçən mübarizədə yüksək əzmkarlıq nümayiş etdirən “Ordu” İdman Klubunun pəhləvanları - Ömər Salmanov (48 kq) qızıl medal, Yaşar Məmmədov (80 kq) bürünc medal qazanıb.
İdmançılarımızı təbrik edir, yeni qələbələr arzulayırıq.
"Azərbaycan Ordusu"