Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2025 16:13

İdmançılarımızı tanıyaq

4 dekabr 2025-ci ildə Rusiyanın Kalininqrad şəhərində keçirilən boks üzrə "Kəhrəba əlcəklər 2025" beynəlxalq turnirində iştirak edən Ordu İdman Klubunun boksçuları Cəlal Qurbanov qızıl, Şəmsi Şahbazov isə gümüş medal qazanıblar.
İdmançılarımızı təbrik edir, onlara növbəti yarışlarda da uğurlar arzulayırıq!


* * *


5 dekabr 2025-ci il tarixində keçirilən cüdo üzrə "Qadınlar və kişilərin fərdi və komandalar arasında ölkə çempionatı"nda Ordu İdman Klubunun cüdoçusu əsgər Murad Əliyev bürünc medal qazanıb!
Əsgərimizi təbrik edir, uğurlarının davamını arzulayırıq!


* * *


Ordu İdman Klubunun boksçusu Novruzəli Quliyev 5 dekabr 2025-ci il tarixində Rusiyanın Yuqra şəhərində keçirilən boks üzrə "Neft Ölkələri Kuboku"nda iştirak edib. Bu yarışda idmançımız bürünc medal qazanıb.
Məşqçisi Bəhruz müəllimi, fiziki hazırlıq məşqçisi Emil müəllimi və idmançımızı təbrik edir, uğurlarının davamını arzulayırıq!


* * *


Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin II kursunda təhsil alan kursant İbrahimov Nihad Elçin oğlu Türkiyə Respublikasında Turan Alpaqut Döyüşü üzrə keçirilən Dünya Çempionatında 75 kiloqram çəki dərəcəsində daha inamla mübarizə aparıb və yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüb.
Kursantımızı təbrik edir, ona idman fəaliyyətində və təhsildə daha yüksək nəticələr əldə etməsini arzu edirik.

"Azərbaycan Ordusu"