AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
28-29 noyabr 2025-ci il tarixlərində keçirilən "Antiterror əməliyyatı şəhidlərinin xatirəsinə həsr olunmuş DİN-in açıq çempionatı"nda Ordu İdman Klubunun cüdoçuları uğurla çıxış ediblər.
Yarışda Ordu İdman Klubunun idmançıları - əsgərlər Elvin Bağırov və Murad Əliyev yüksək fiziki hazırlıq və peşəkarlıq nümayiş etdirərək bütün rəqiblərindən üstün olublar və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıblar.
Əldə olunan nəticə, Azərbaycan əsgərinin gücünü, dözümünü və hərtərəfli hazırlığını əks etdirən nümunəvi göstəricidir. Bu kimi yarışlar şəxsi heyətin fiziki hazırlığının möhkəmləndirilməsinə, hərbi intizamın artırılmasına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir, eyni zamanda, hərbi qulluqçuların xidmət fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Bu uğur şəxsi heyətin nümunəvi xidmətinin və əzmkarlığının göstəricisidir.
"Azərbaycan Ordusu"