AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Əsgər Amin Heydərli
2022-ci ildə Bakıda və Gürcüstanda keçirilən idmanın qaydasız döyüş növü üzrə yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.
“Döyüş meydanında çevik, möhkəm, dözümlü olmaq və verilən tapşırıqları cəld yerinə yetirmək üçün fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Ona görə də məşğələlərdə həvəslə iştirak edirik”.
Əsgər Nicat Zairov
2022-ci ildə ölkəmizdə keçirilən idmanın ağır atletika növü üzrə yarışda fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.
“Fiziki hazırlığımızın daha da artırılması üçün bizə yüksək şərait yaradılıb. Məşğələlərdə həvəslə və yorulmadan idmanla məşğul oluruq”.
"Azərbaycan Ordusu"