Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2025 12:30

Zəfər bayramınız mübarək, əsgər qardaşım!

Əziz əsgər, salam!
Salam, əsgər qardaşım!
Səni görməsəm də, tanımasam da doğmam bilirəm, səsin səsimin, nəfəsin nəfəsimin əzizidir. Biz bacılara elə gəlir ki, sizin sayınız qədər qardaşımız hərbi xidmətdədir. 
Sizin xidmətiniz ərazi bütövlüyü tam bərpa olunmuş Vətəni qorumaqdı. Biz də bilirik, xalqımız da bilir ki, Vətənin sərhədləri əsgərinin ürəyindən başlanır. Ürəyinizdən başlayan Vətənin keşiyindəsiniz, siz güclü Azərbaycanın güclü ordusunun əsgərlərisiniz. 
Havalar soyumaqdadır. Özünüzü Vətən naminə soyuqdan-sazaqdan qoruyun. Dan yeri söküləndən sonra Günəş Yer üzünə hərarət yetirir. Bu hərarət sizin Vətən sevginizlə daha da artır.
Bizdən uzaqlardasınız. Gözlərimiz gözlərinizdən uzaq olsa da könlümüzdən könlünüzə ruhən yollar var, əsgər qardaşım. Sizi həmişə ehtiramlarla xatırlayırıq, bu xatırlama hər birimizə xoş ovqat yaşadır. 
Tarixi Zəfərimizin 5 illiyi münasibətilə sənin timsalında Ordumuzun şəxsi heyətini təbrik edirəm. Biz özümüzü belə ordumuz olduğuna görə, ordumuzun sənin kimi əsgərləri olduğuna görə xoşbəxt hesab edirik. Sağ olun.
Hörmətlə, 

Gülnaz NƏZƏROVA