Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2025 12:29

Şərur rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

Vətən müharibəsi şəhidləri - Elşən Əziz oğlu Məmmədov, Elton Baba oğlu Qəmbərli, Sahil Oktay oğlu Cəlilov və Babaxan Əlövsət oğlu Babayevin, Ayxan Rəfail oğlu Məmmədovun, Əli Abbas oğlu Məmmədovun ildönümləri münasibətilə Şərur rayon Şəhidlər xiyabanında anım tədbirləri keçirildi. 
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Anım tədbirlərində Şərur Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov və icra hakimiyyətinin digər əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Daxili İşlər Nazirliyinin Şərur rayon Polis şöbəsinin əməkdaşları, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri, Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri, şəhid ailələri, döyüşlərdə yaralananlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları, eləcə də Ələkli, Dərvişlər, Yuxarı Yaycı və Xanlıqlar kəndlərinin sakinləri iştirak etdilər. Tədbirlərdə çıxış edənlər şəhidlərimizin həyat və döyüş yollarından, Vətənimizin azadlığı və suverenliyi uğrunda göstərdikləri igidliklərdən bəhs edib, onların fədakarlıq və vətənpərvərlik nümunələrinin gənclər üçün örnək olduğunu vurğuladılar. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyinin gücü, hərbçilərimizin misilsiz şücaəti və vətənpərvərliyi nəticəsində düşmən üzərində əldə olunan möhtəşəm qələbədən danışıldı, bu Zəfərin hər bir şəhidin qəhrəmanlığı ilə daha da dəyər qazandığı qeyd edildi. Vurğulandı ki, hər bir igid oğul və qızımızın göstərdiyi cəsarət, fədakarlıq və mərdlik bu qələbənin təməlini təşkil etdi. Xalqımızın azadlıq və suverenlik əzmini daha da möhkəmləndirdi. Bu döyüşlərdə əldə edilən hər uğur, qazanılmış hər zəfər, hər bir şəhidimizin və döyüşlərdə yaralananların xidmətləri ilə bağlıdır və gələcək nəsillər üçün əbədiləşdiriləcək örnəkdir. Tədbirdə Ələkli, Dərvişlər, Yuxarı Yaycı və Xanlıqlar kənd tam orta məktəblərinin şagirdləri şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi, dərin hörmət və qürur hissi ilə çıxış etdilər. 
Sonda şəhidlərin məzarları ziyarət olundu, üzərlərinə gül dəstələri düzüldü, onların ruhuna dərin ehtiram ifadə edildi. 

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri

İctimai Birliyinin mətbuat katibi