AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, "King" ləqəbli Akif Quluzadə Banqkokda keçirilən ONE Championship (ONE FC) turnirində növbəti qələbəsini qazanıb. Karyerası ərzində ümumilikdə 20 qələbə qazanan təmsilçimiz, onlardan 5-ni ONE FC turnirlərində qazanıb.
Onun üçüncü qələbəsində istifadə etdiyi zərbə (spinning back elbow) dünya idman ictimaiyyətində böyük maraq doğurub. Belə ki, həmin döyüşdən görüntülər ONE FC-in rəsmi "Facebook" səhifəsində 1 milyondan çox baxış və bəyənmə toplayıb, digər sosial platformalarda isə daha geniş izlənmə qazanıb.
İdmanın həm kikboksinq, həm də muaytay növlərində yüksək nəticələr göstərərək ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən A.Quluzadənin qarşıda 4 döyüşü planlaşdırılır.
Məlumat üçün bildirək ki, MOİK təmsilçisi dünya miqyasında nüfuz qazanmış ONE FC təşkilatı ilə 100 000 ABŞ dolları məbləğində müqavilə imzalayıb.
Qeyd edək ki, təmsilçimizin əsas məşqçisi, təcrübəli mütəxəssis Ələsgər Soltanovdur.
"Azərbaycan Ordusu"