AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İstanbul şəhərində dünya üzrə müdafiə sənayesinin aparıcı tədbirlərindən biri hesab edilən "IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilib.
Sərgidə bir çox qabaqcıl şirkətlərlə yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi-Sənaye Şirkəti MMC də iştirak edib.
MİRAS MMC-nin beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə öz yeniliklərini təqdim etdiyi stend sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
"Azərbaycan Ordusu"