AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Özbəkistan Respublikasının Çimqan şəhərində "Peşəkar dağ təlim kursu"nun buraxılış mərasimi keçirilib.
Kursda iştirak edən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçuları tədris prosesini uğurla başa vurublar.
Kurs zamanı peşəkarlıq nümayiş etdirərək müvəffəqiyyət qazanan hərbi qulluqçularımıza sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
"Azərbaycan Ordusu"