AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün burada, Azərbaycan Ordusunun hərbi formasını daşıyaraq çıxış etmək mənim üçün böyük şərəfdir. Əsgər olmağın əsl mənasını burada daha dərindən anlayır, dərk edirəm. Biz burada Vətənimizi qoruyuruq. Biz burada dədə-babalarımızın qədim yurd yerlərini qoruyuruq. Biz tariximizi qoruyuruq. Biz xalqımızın sarsılmaz dayağıyıq, millətimizin güvənc yeriyik.
Hərbi xidmətdə keçən hər günümüz Vətən sevgimizi daha da artırır. Bizim məsuliyyətli və şərəfli xidmətimiz var. Vətən qoruyucusu olmaqdan hər birimiz qürur duyuruq. Biz nümunəvi xidmət edirik, vəzifələrimizin öhdəsindən uğurla gəlirik, Vətənin müdafiəsində inamla dayanırıq ki, xalqımız rahat və firavan yaşasın. İllərlə ərazi bütövlüyümüz uğrunda döyüşən, canlarından keçən qəhrəman oğullarımızın davamçılarıyıq. Onların əmanəti olan Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə hər an hazırıq. Biz Vətənə sevgimizdən güc alırıq. 44 günlük Vətən Müharibəsində döyüşən qardaşlarımız xalqımızın döyüş əzmini, vətənpərvərliyini bütün dünyaya göstərdi. Qürurluyam ki, qalib ordunun əsgəriyəm və nümunəvi xidmətimlə ordumuza layiqli əsgər olmaq üçün səylə çalışıram.
Əsgər
Rahid ƏLİYEV
"N" hərbi hissəsi