AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün Azərbaycan əsgəri Vətənə sevgi və böyük inamla xidmət edir. Bu xidmət Azərbaycan adlı Vətəninə, müstəqil dövlətinə, Müzəffər Ali Baş Komandanına sədaqətdir. Azərbaycan əsgəri onun dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli, yüksək döyüş qabiliyyətinə malik ordusu və bu orduya inamla, ümidlə baxan xalqı ilə qürurlanır. Azərbaycan əsgəri bu inamı, bu ümidi qorumağa qadirdir. Biz Vətənə övladlıq borcumuzu layiqincə yerinə yetiririk. Düşmən işğalından azad olunmuş ərazilərimizdə yerləşən bölmələrimizin əsgərləri olaraq Vətənin keşiyində qürurla, əzmlə dayanmışıq. Azərbaycan əsgəri igidliyi, cəsurluğu ilə tarixi zəfər qazandı. Vətənə şərəflə xidmət edirik. Biz torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq. Gələcək əsgərlər də belə qoruyacaqlar. Respublikamızın suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Artıq soydaşlarımız doğma yurd yerlərinə geri dönürlər. Erməni vandallarının viran qoyduğu ərazilərimiz yenidən qurulur. Xalqımıza, ölkəmizə hər zaman əmin-amanlıq, sülh arzulayıram. Hər birimiz müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində mətin dayanmışıq.
Əsgər
Seymur RƏHİMOV
"N" hərbi hissəsi