Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2025 16:40

Hərbi hissəyə ekskursiya təşkil olunub

Mayın 19-da Bakı Avropa Liseyinin bir qrup müəllim və şagird heyətinin Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinə ekskursiyası təşkil olunub.
Ekskursiya çərçivəsində məktəblilərə hərbi hissənin yaranma tarixi, 44 günlük Vətən müharibəsində fəaliyyəti ilə bağlı məlumatlar verilib. Onlar hərbi hissənin arsenalındakı gəmi və katerlərlə, silah-sursatlarla, rabitə cihazları ilə, dalğıc avadanlıqları, eləcə də şəxsi heyətin qida rasionunda olan qida nümunələri ilə əyani tanış olublar.
Məktəblilərə təlim-məşq kompleksində yanğına və suya qarşı mübarizə elementləri, praktiki dalğıc dalışları, eləcə də zəbt olunmuş gəminin və heyətin azad olunması üzrə xüsusi təyinatlıların praktiki fəaliyyətləri göstərilib.
Məktəb rəhbərliyi şagirdlərin maariflənməsi məqsədilə həyata keçirilən ekskursiyanın təşkil olunmasına görə Müdafiə Nazirliyi rəhbərliyinə, eləcə də Hərbi Dəniz Qüvvələrinin komandanlığına öz minnətdarlığını bildirib. Belə tədbirlərin təşkilinin suverenliyimizin qarantı olan ordumuza sevgi və ehtiram aşılanmasında, şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında böyük rol oynadığını vurğulayıb.
Ekskursiya zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkilib.

"Azərbaycan Ordusu"