Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2025 19:33

“N” hərbi hissəsinin yaranma günü qeyd olundu

Cari ilin tədbirlər planına əsasən, "N" hərbi hissəsinin yaranmasının ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə hərbi hissənin şəxsi heyəti, şəhid valideynləri, müharibə veteranları və digər rəsmi qonaqlar iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.
Sıra meydanında hərbi hissə komandirinin qarşılanma mərasimi ilə tədbir açıq elan olundu.
Zabit Elşən Musayev tədbir iştirakçılarına hərbi hissənin yaranması və fəaliyyəti haqqında qısa məlumat verərək qeyd etdi ki, hərbi hissə maddi-texniki, döyüş və başqa təminatlarla tam təchiz olunub, hərbi tələblər səviyyəsində formalaşıb. Hərbi hissənin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində müntəzəm dərslər, təlim-məşqlər təlimata müvafiq olaraq keçirilir.
Şəxsi heyətə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbrik məktubu çatdırıldı.
Çıxış edən polkovnik Vüqar Tağıyev həm təlimlərdə, həm də praktiki məşğələlərdə şəxsi heyətin qazandığı uğurların bundan sonra da davamlı olacağına əminliyini bildirdi.
Daha sonra şəhid atası Arzu Rəşidov hərbi hissənin şəxsi heyətini təbrik etdi, onlara şərəfli xidmətlərində uğurlar arzuladı.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər və bədii kompozisiyalar nümayiş olundu.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"