18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə "Xidmət etdiyimiz bölgəni tanıyaq" layihəsi çərçivəsində Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsinin hərbi qulluqçuları tarixi yerləri ziyarət ediblər.
Ziyarət çərçivəsində hərbi qulluqçular Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi, Gəncəçay çayı üzərində yerləşən tarixi körpü, Heydər Əliyev Mərkəzində, Lüteran kilsəsi və Viktor Klaynın ev muzeyində olublar.
Hərbi qulluqçular qədim tariximiz, xalqımızın zəngin mədəni irsi, milli adət-ənənələri, incəsənət abidələri, həmçinin Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponotlarla tanış olub, mərkəz haqqında geniş məlumat da əldə ediblər.
"Azərbaycan Ordusu"