AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunları çərçivəsində "Ordu" İdman Klubunun yığması "Quba" komandası ilə qarşılaşıb. Qarşılaşmada "Ordu" klubunun komandası 92:88 xal hesabı ilə qalib gəlib.
İki oyundan ibarət seriyada hər iki qarşılaşmada üstünlük əldə edən "Ordu" klubu Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Növbəti mərhələdə "Ordu"nun rəqibi "Neftçi" olacaq.
"Azərbaycan Ordusu"