Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:10

İdmançılarımızı tanıyaq

Əsgər Natiq Kərimzadə - Boks üzrə Avropa çempionatının ikincisi:
- Hərbi xidmət mənə hərbi biliklər öyrətməklə yanaşı, müsbət vərdişlər də aşılayır. Bu vərdişlərdən mənim üçün ən önəmlisi isə idmandır. Hərbi xidmətə gəlməmişdən də idmanla məşğul olurdum. Burada fiziki hazırlığımı daha da yüksəltmişəm. Özümü daha gümrah, sağlam və enerjili hiss edirəm. Bunlar da xidmətimin nümunəvi və uğurlu təşkilində mühüm rol oynayır.


Əsgər Rəhim Ağayev  - Uşu-sando üzrə Respublika üçüncüsü:
- Hər bir hərbçinin fiziki hazırlıqlı olması vacibdir. Çünki onun döyüş qabiliyyətinin yüksək olması, verilən əmrlərin vaxtında və düzgün icra etməsi məhz fiziki cəhətdən hazırlıqlı olmasından asılıdır. Komandirlərimizin nəzarəti ilə hərbi hissəmizdəki müasir avadanlıqlarla təchiz olunan qapalı idman zalından, geniş idman meydançasından istifadə edirik. Nəticədə biz həm fiziki, həm də mənəvi cəhətdən güclü, Vətənin müdafiəsinə tam hazır olan əsgərlər kimi yetişirik.

"Azərbaycan Ordusu"