Adınız qəlblərdə yaşayacaqdır
Göylər uğurladı sizi döyüşə,
Siz də döyüşdünüz, vaxt da ötüşdü
Sonuncu döyüşdə qanın torpağa,
Adın tarixləşdi, tarixə düşdü.
İndi çəkilibdi duman, çiskin, çən,
İndi göylərimiz saçaq-saçaqdır.
Tarix yaratdınız, tarixə görə,
Adınız qəlblərdə yaşayacaqdır!
Sevinc Həsənova 20 saylı məktəb-liseyin
8-ci sinif şagirdi
Vətən deyəcək!
Yox, yox, o daş adi bir daş deyil ki,
Bir əsgər ömrünün baş daşıdı o.
Ömrünü Vətənə qurban eləyib,
Şəhid oğulların qardaşıdı o.
Gör nələr yaşayır nakam ömürdə
Düşməndən qisas da ala bilibdir.
Güllələr susduran gülüşüylə o,
Hamının qəlbində qala bilibdir.
Bura bir şəhidin son mənzilidi,
Burada dayanır hər əsən külək
Ay şəhid qardaşım, kim olduğunu
Gələn nəsillərə Vətən deyəcək!
Nihat Yusifzadə 57 saylı tam orta məktəbin
8-ci sinif şagirdi