AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Müasir İncəsənət Muzeyinə ekskursiya ediblər.
Kursantlar muzeyin müxtəlif bölmələrində sərgilənən rəsm əsərləri ilə yaxından tanış olub, həm milli, həm də dünya sənət nümunələri haqqında geniş məlumatlar əldə ediblər.
Muzeydə sərgilənən əsərlərə maraqla tamaşa edən gənclər, müasir incəsənətin sosial və mədəni aspektlərini daha yaxından öyrənmək imkanı qazanıblar.
"Azərbaycan Ordusu"