Hərbi Hava Qüvvələrinin (HHQ) "Tərbiyəvi işin təşkili, psixoloq, şəxsi heyətin uçotu" ixtisası üzrə zabit heyəti ilə təlim-metodiki toplanış keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Sonra Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı nəticəsində inkişaf etdirilmiş HHQ-nin tərəqqi yolu haqqında videoçarx nümayiş etdirilib.
Toplanışda tabelikdə olan bölmələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daima yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən fəaliyyətlərdən danışılıb.
Dövlətimizin başçısının tapşırığına əsasən şəhid ailələrinə xüsusi diqqətin göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
HHQ-nin arsenalına yeni daxil olan silah və texnikanın istismarı üçün bölmələrin komplektləşdirilməsi məqsədilə müvafiq işlərin görülməsi, şəxsi heyətin bu istiqamətdə məlumatlandırılması bir daha toplantı iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Novruz və Ramazan bayramları münasibəti ilə Hərbi Hava Qüvvələri komandanının təbriki çatdırılıb, şəxsi heyətə gələcək xidmətlərində uğurlar arzulanıb.
"Azərbaycan Ordusu"