Fevralın 27-də FIFA hakimi kimi bu il fəaliyyət göstərəcək Azərbaycanın referi və referi köməkçilərinə müvafiq emblemlərin təqdim olunması mərasimi keçirilib.
Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev, Hakimlər Komitəsinin sədri Frank De Blekere və AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers, eləcə də digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, emblem təqdim olunanların sırasında Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev də var.
Komandamız Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.
Fevralın 27-də Sərhədçi İdman Olimpiya Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti turunun oyunları keçirilib.
XV turda Ordu İdman Klubunun komandası "Quba" komandası ilə qarşılaşıb.
Komandamız rəqibini üstələyərək 103:68 hesabı ilə inamlı qələbə qazanıb.
Qeyd edək ki, B qrupunda mübarizə aparan Ordu İdman Klubunun komandası xallarının sayını 26-ya çatdırıb.
"Azərbaycan Ordusu"