AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 27-də Sərhədçi İdman Olimpiya Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti turunun oyunları keçirilib. XV turda Ordu İdman Klubunun komandası "Quba" komandası ilə qarşılaşıb.
Komandamız rəqibini üstələyərək 103:68 hesabı ilə inamlı qələbə qazanıb.
Qeyd edək ki, B qrupunda mübarizə aparan Ordu İdman Klubunun komandası xallarının sayını 26-ya çatdırıb.
"Azərbaycan Ordusu"