Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turnirində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası növbəti oyununu keçirib.
Qrup mərhələsinin son görüşündə Azərbaycan Respublikası Mərkəzi Bankının komandası ilə qarşılaşan komandamız 9-3 hesabı ilə inamlı qələbə qazanıb.
Xallarının sayını 25-ə çatdıran Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası qrup mərhələsini birinciliklə başa vurub.
"Azərbaycan Ordusu"