Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2025 13:36

Azərbaycan Ordusunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbirlər keçirilir

Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə Azərbaycan Ordusunda tədbirlər keçirilir.
Hərbi hissələrdə keçirilən tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə plana uyğun olaraq, yeni tədris olunan "Şəxsiyyət və vətəndaşlıq" məşğələlərində şəxsiyyət və vətəndaşlıq anlayışı, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, hərbi qulluqçuların davranışı, əxlaq və nəzakət qaydaları, vətənpərvərlik hissinin qorunub saxlanılması istiqamətində müvafiq söhbətlər aparılır.
Hərbi hissələrdə dərs və məşğələlər zamanı şəxsi heyətə müstəqil və suveren dövlətə sahib olmaq, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi barədə metodik biliklər çatdırılır. Maraq doğuran məqamlar geniş izah edilir.

"Azərbaycan Ordusu"